> Tibbi biliklər > İMPOTENSİYA NƏDİR,VƏ ONUN YARANMA SƏBƏBLƏRİ

İMPOTENSİYA NƏDİR,VƏ ONUN YARANMA SƏBƏBLƏRİ


11-05-2012, 15:38. : admin

impotensiya (erektil disfunksiya) nədir ?
Erektil disfunksiya termini 1992-ci ildə National İnstitutes of Health tərəfindən verilmişdir. O vaxta qədər bu termin impotensiya olaraq adlandırılırdı. İmpotensiya sözü insanlara psixoloji təsir etdiyi və cinsi funksiya pozğunluqlarını tam əhatə etmədiyi üçün dəyişdirildi.
Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis (kişi cinsiyyət orqanı) lazımı qədər sərtləşmir. Ereksiya (penisin sərtləşməsi), cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə (kişi cinsiyyət orqanına) gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir (bərkiyir).
Penis 3 ədəd silindir formalı elementlərdən ibarətdir (2-si yan tərəflərdə, 1-i isə ortada alt tərəfdə yerləşir). Ortada yerləşən hissədən uretra (sidik kanalı) keçir, ereksiyada (sərtləşmədə) rolu yoxdur, digər yan tərəflərdəki 2-i isə cinsi əlaqə üçün böyüyür, sərtləşir və dik durmuş vəziyətdə olur.
Ereksiya problemləri müxtəlif formalarda olur, bəzən ilk cinsi əlaqədən etibarən sonadək davam edir, bəzən də sonradan müəyyən problemlərdən sonra yaranır. Bəzən isə cinsi əlaqənin ortasında ereksiya (penisin ölməsi) olur, hansı ki, bu kişilər masturbasiya (əllə boşalma) zamanı heç bir problem yaşamırlar. Bəzi hallarda səhər yuxudan oyanarkən ereksiya olur, bəzən uzun müddət olmur. Bütün bunlar erektil disfunksiya olaraq qəbul edilir.
Kişilərin 60%-i yaşadıqları müddətdə qısa və ya uzun müddətli erektil disfunsiya (impotensiya) ilə rastlaşırlar. Yaş artdıqca ereksiya (sərtləşma) problemi də artır. Sərtləşmə problemi (impotensiya) kişinin və ya ailənin yaşam tərzini, həyat keyfiyyətini önəmli dərəcədə pozur. Bəzi kişilər bunu normal qəbul edirlər, partnyorlarından razı deyillərsə və ya ona önəm vermirlərsə, həyatlarında başqa həyəcanlar və ya heç bir problemləri yoxdursa, sərtləşmə problemi onları bir o qədər də narahat etmir.
Daha gənc yaşlarda və həyatda daha aktiv olan kişilərdə bu problem onların həyatlarının ən ciddi, ən önəmli problemləridir. İşlərini hətta həyatlarını axsadacaq hala gətirib çıxarır, depresiya, hətta intihara belə səbəb ola bilir.
Erektil disfunksiya indiki zamanda müalicə edilə bilən bir problemdir. Yaşlı kişilərdə belə düzgün müalicə ilə gözəl effektiv nəticələr alınır. Əsas odur ki, bu problemi gizlətməyib həkimə vaxtında müraciət edib şikayətlərini, dərdini bölüşsün, düzgün məsləhət və müalicə alsın.
Erektil disfunksiyanın ( impotensiya) səbəbləri :
1.Orqanik (üzvi)
2.Psixoloji
3.Hər ikisi eyni vaxtda
4.Səbəbi bilinməyən
Erektil disfunksiyanın əsasını orqanik səbəblər təşkil edir.
Orqanik səbəblər hansılardır ?
1) Şəkərli diabet (şəkər xəstəliyi)
2) Nevroloji, yəni sinir sistemi ilə əlaqədar pozğunluqlar.
3) Penisin (kişi cinsiyyət orqanının) anatomik pozğunluqları.
4) Hormonal problemlər, bu problemlər beyindəki hipofiz vəzidən və ya xayalardan ifraz olunan cinsiyyət sistemi ilə əlaqədar olan hormonların mıqdarının dəyişilməsindən irəli gəlir.
5) Damar xəstəlikləri (damarlarda olan daralmalar). Bunlar iki şəkildə görülür. Qanın penisə gəlməsinə mane olan damar problemləri və penisdə toplanmış qanın qısa müddəttə boşalması (sərtləşmə olmadan). Amerika Minnea Ürək-damar institunun apardığı araşdırmaya əsasən, kişilərdə erektil disfunksiya (impotensiya) probleminin olması, bir neçə il sonra ürək-damar sistemi xəstəliklərinin olacağını öncədən xəbərdar edən bir siqnaldır. Aparılan araşdırmaya görə,sərtləşmə (kişi cinsiyyət orqanının düzlənməsi) problemi damarlardan qaynaqlandığını bildiyimiz halda,xəstələrdə ürək-damar xəstəliləri baxımından da araşdırma aparılması tövsiyə olunur.
Orqanik risk faktorları :
*şəkər xəstəliyi həyat boyu davam edən bir xəstəlikdir. Əhalinin 5%-də bilinən və ya gizli formada şəkər xəstəliyi vardır. Şəkər xəstələrində yaranan erektil disfunksia (impotensiya) probleminin səbəbi damarlarda və sinirlərdə gedən dəyişikliklərdir. Orqanik erektil disfunksiyanın 33%-şəkər xəstəliyinin payına düşür.
Müalicə edilməyən şəkər xəstələri aşağıdakı problemlərlə qarşılaşır:
Tez-tez sidiyə çıxmaq
Ağızda quruluq və çox su içmə istəyi (sidiklə çox maye çıxdığı üçün bədəndə maye azlığı)
Qadınlarda vaginal qaşıntı (qanda şəkərin yüksəlməsi bədənin müqavimətini azaldır)
Genital bölgə (cinsiyyət ) və ayaqlarda uyuşma (keyləşmə) (şəkər zamanı sinirlərdə dəyişiklik səbəbindən)
Sidik kisəsi və işəmə kimi funksiyaların pozulması (zorla sidiyə çıxmaq və sidik saxlamamazlıq)

Ən əsas erektil disfunksiya (impotensiya)

*Siqaret : Bildiyimiz kimi tütün məhsullarının qəbulu bir çox xəstəliklərə səbəb olduğu kimi erektil disfunksiyaya (impotensiya) da səbəb olur. Çünki siqaret ayaq damarlarından beyinə, ağciyərlərə, ürəyə, penisə (kişi cinsiyyət orqanı) qədər bütün damarlarda pataloji hallar yarada bilən sistemli təsir edir.
*Spirtli içkilər: Spirtli içkilərin qəbulu ereksiyanı əngəlləyir. Az miqdarda alkoqol cinsi həvəsi oyandırır, amma alkoqolun miqdarı artdıqca ereksiyanı (sərtləşməni) önəmli dərəcədə əngəlləyir.
*Dərmanlar : Bəzi təzyiq, depresiya və narkotik dərmanlar erektil disfunksiyaya səbəb olurlar.
*Qəza, yaralanma və əməliyyatlar və ya onların ağırlaşmaları da erektil disfunksiyaya (impotensiya) səbəb olurlar.
*Peyroni xəstəliyi adlandırılan penisdə (kişi cinsiyyət orqanı) olan əyriliklər də ereksiya problemi yaradır.
*Xüsusilə, penis ereksiya (sərt) vəzyətdə olduğu zaman travmaya məruz qalırsa, bu zaman ciddi ereksiya problemi yarana bilir. Penis (kişi cinsiyyət orqanı) qırıla bilir, əyilir və.s travmalar alır.
*Beldə yırtıq olduğu (onurğa beyni zədələnmələri) hallarda da ereksiya problemi yaranır.
*Şüalanmaya məruz qaldığı zaman xayalar zərər görür, digər tərəfdən ereksiya problemi ilə qarşılaşılır.
*Yaş: Yaş artdıqca orqanizmdə bütün funksiyaların azaldığı kimi ereksiya problemi də yaranır. 20 yaşında bir oğlanla 25 yaşındakı oğlanın cinsi əlaqəsində teorik də olsa, bir perfonmans fərqi vardır. Cinsi perfonmans yaşla bərabər azalır. Buna baxmayaraq, hər yaşlı kişidə ereksiya azalacaq və hər cavanda ereksiya problemi olmayacaq deyilə bilməz. Belə bir məsəl var: cinsi həvəs ölmür o da yaşlanır.
Yaşlı kişilər yaşlarına öyrəşirlər, cinsi həyatın bitməsilə isə razılaşmırlar !!!
*Damar sərtliyi – (ateroskleroz). Ürək-damar xəstəliyi olan zaman damarlarda olan daralma səbəbindən orqanlara lazımı qədər qan getmir. Qan az gəldiyi üçün orqanların qidalanması pozulur, nəticədə həmin orqanların fəaliyyəti azalır, bu hal penisdə (kişi cinsiyyət orqanı) də olur, tam sərtləşə (bərkiyə) bilmir.
*Hipertoniya xəstəliyi – ( yüksək təzyiq)
*Kardioloji xəstəliklər – ( ürək)
*Böyrək çatışmazlığı və digər xroniki xəstəliklər
*Keçirilmiş əməliyatlar – xüsusilə prostat əməliyatlarından sonra yaranır, çünki prostat əməliyatı zamanı penisə gedən damar və sinirlər zədələ bilir, bu halda penis tam sərtləşməz (bərkiməz).
Erektil disfunksiyanın psixoloji səbəbləri

Sadəcə psixoloji problemlərdən qaynaqlanan erektil disfunksiya (impotensiya) 15% -ə qədərdir. Bəzən psixoloji faktorlar başlanğıcda deyil, sonradan da yarana bilir. Cinsi məlumatların azlığı, ətrafdakı insanların təsiri kişinin özündən asılı olmayan səbəblərdən yaranır. Qadınlardan qaynaqlanan problemlər də bu mövzuda önəmli bir yer tutur. Ailədə kişi qadın arasındakı uyğunsuzluq da ən böyük səbəblərdən biri sayılır.
Psixoloji problemlərin başlıca səbəbləri – həyəcan, qorxu, utanma, əhval-ruhiyyə pozğunluğu, əsəbilik, tələskənlik və.s-dir. İlk əlaqələrdə ” Performans ” və ” bacara biləcəmmi” qorxusundan qaynaqlanan səbəblər çox önəmlidir. Bir kişidə bir dəfə sərtləşmə (penisin bərkiməməsi) problemi olduqda, bunu böyük bir dərd edir, yenə eyni halın təkrarlanacağından qorxaraq stress daha da artır və psixoloji səbəbli erektil disfunksiya (impotensiya) yaranmasına səbəb olur və ya bir kişi çox hörmət etdiyi, heyran olduğu və ya onun üçün əlçatmaz olan bir istədiyi şərait yaranmasına baxmayaraq, qadınla cinsi əlaqə qurmağı bacarmır, buna ” Madonna Sindromu” yəni müqəddəs qadın sindromu deyilir.
- Depresiya, depresiyada olan kişinin ümüumi vəziyyəti pisləşmiş, istəyi və əhval-ruhiyyəsi pozulmuş olur, bu vəziyyətdəki kişi heç bir şeydən zövq ala bilmir.
-Performans anksiyetesi, Cinsi əlaqənin ilk dəqiqələrindən hətta bir neçə saat öncədən başlayan həyacan hissi, görəsəsn "sərtləşmə "olacaqmı? və.s sualların çox böyük psixoloji təsirləri vardır.
-Ailə daxili münasibətlərdəki problemlər və.s
-Ailədən kənar sevgi və ya cinsi münasibətlər də erektil disfunksiyaya səbəb olur (istər kişi ,istər də qadının ailədən kənar münasibətləri). Qadının ailədən kənar münasibəti və ya şübhəsi kişidə performans aksiyetesinə səbəb olur. Kişinin ailədən kənar münasibəti isə öz yoldaşına günahkar olması hissi,yoldaşı ilə bərabər olmasına baxmayaraq erektil disfunksiya olması, ya da kənardakı əlaqəsində özünü göstərmə, təsdiqləməsi kimi hallar da erektil disfunksiyaya səbəb ola bilir.
-Qadının cinsi istəksizliyi, partnyorun depresiyada olması və ya digər mənfi təsir edən səbəblər də problemi ağırlaşdırır.
-Asılılıqlar (pornoqrafik filmlərə baxmaq)
-Birdən çox cinsi problemin olması , erektil disfunksiya ilə birlikdə erkən boşalma, gec boşalma ya da cinsi istəksizlik (libido azlığı) olması.

Erektil disfunksiyanın inkişaf səbəbləri:

Ereksiya (sərtləşmə) pozğunluğunun yaranmasında cinsi məlumatların azlığı, səhv cinsi məlumatlar, travmatik cinsi əlaqələr, cinsi miflər, ailənin mənfi təsiri və.s rol oynayır.
-Cinsi məlumatların azlığı, təhsil almış, dünya görüşü yüksək olan kişilərdə belə cinsi məlumatlar yetərli olmadığı görülür. Bunlar erektil disfunksiyanın ortaya çıxmasında rol oynayan ən önəmli faktorlardan biridir.
-Cinsi miflər, yalnız cinsi məlumatların azlığı deyil, səhv cinsi məlumatlar da önəmli rol oynayır.

Misal olaraq:

• Kişi cinsi əlaqəni hər zaman istər və buna hər zaman da hazırdır.
Başqa işlərdə olduğu kimi cinsi olaraq də müvəffəqiyyət əldə etmək çox önəmlidir.
Sevişmə cinsi birləşmə deməkdir, ondan kənardakılar isə önəmli deyildir.
Sevişmək cinsi orqanda sərtləşməni (bərkiməni) yaradır.
Kişinin penisində (cinsi orqanında) bərkliyin itirilməsi qadının aktiv olmaması fikrinə gəlinir.
-Erektil disfunksiyanın digər önəmli səbəblərindən biri də ümumi ailələrdə və ərköyin böyümüş uşaqlar, bu tip uşaqlara ailədə cinsi məlumatlar verilməz və bunlar "ayıb”, "günah”, "pis” olaraq qiymətləndirilir. Ümimiyyətlə, bu tip ailələrdə böyüyən uşaqlar həm əks cinsə (qadına), həm də özlərinə qarşı cinsi tərəfdən bacarıqsız olurlar və bu şəkildə də ailə qururlar.
İlk gecə qorxusunun səbəbləri arasında, bir-birini tanımadan evlənmək, lazımı qədər cinsi məlumatların olmaması, xalq arasında olan yengə anlayışı və.s sayılır.
Sağlam bir cinsi əlaqənin olması üçün, kişi və qadının bir-birilərinə cinsi arzu və istəklərini, duyğularını rahatlıqla deyə bilmələri lazımdır. Erektil disfunksiya (impotensiya) olan bir kişidə qadının anlayışı və müalicədə dəstəkləyici rol oynaması da önəmli faktordur. Qadının mənfi təsiri, hədsiz tələbkar olması, kişinin bacarmadığı şeyləri tələb etməsi erektil disfunksiyanın (impotensiyanın) uzun müddət davam etməsinə səbəb olur.
Erektil Disfunksiya olanda nə etmək lazımdır? Diaqnozu necə qoyulur?
Əslində bir çox kişilərdə erektil disfunksiyanın (impotensiya) səbəbi çox asanlıqla müəyyən edilir. Bir dəfə düzgün diaqnoz qoyulduqda çox gözəl effektiv şəkildə də müalicə olunur. Ilk öncə problemin orqanik yoxsa psixoloji olduğu müəyyən edilməlidir. Bu zaman olan cinsi problemin hər zaman olduğu yoxsa anidən ortaya çıxması önəmlidir. Əgər erektil disfunksiya (impotensiya) hər bir vəziyyətdə, hər zaman, bütün partnyorlarla, hər yerdə olursa bu yayqın bir erektil disfunksiya olduğuna işarədir.
Erektil disfunksiya (sərtləşmə problemi) 1-cili və ya 2-cili olaraq rast gəlinir. Cinsi istəksizlik, erkən boşalma, qadında olan cinsi problemlər (əsasən vaginiz) və ailə daxili problemlər nəticəsində yaranan hallar 2-cilidir. Öncə obyektiv müayinə, lazımsa ardından xəstədən qan alınaraq hormon analızləri və.s müayinələr aparıla bilər. Müayinələrin və xəstənin söylədiyi şikayətlərə əsasən diaqnoz dəqiqləşdirilir. Problemi yaradan səbəb uyğun effektiv müalicələr aparılır.

Erektil disfunksiya olduğu hallarda nələrə diqqət edilməlidir?
Ereksiya problemi, yalnız öz yoldaşı ilə əlaqə zamanı olur, yoxsa başqa partnyorla da əlaqədə olur, masturbasiya (əllə boşalma) zamanı ereksiya (sərtləşmə) problemi olurmu?
Uyğun zaman, uyğun yer, uyğun partnyor olduğu halda ereksiya problemi olurmu?
Ereksiya problemi yavaş-yavaşmı, yoxsa anidənmi ortaya çıxdı?
Ereksiya problemi seçilmiş pozisiyaya uyğun olaraq artıb azalırmı?
Bu problem yaranmamışdan əvvəl hər hansı bir dərman qəbulu və ya keçirilmiş cərrahi əməliyat varmı?
Səhərlər yuxadan oyanarkən ereksiya varmı?
Cinsi istək (libido) azlığı, orqazm pozğunluğu (boşalma) varmı?
Ereksiya problemi 1-cilidirsə yəni, həm cinsi əlaqədə, həm də masturbasiya (əllə boşalma) zamanı ortaya çıxırmı?
Erektil disfunksiyada (impotensiya) qadının rolu
Kişidə olan impotensiyada qadının rolu varmı ?
Cinsi əlaqə hər zaman kişi və qadını maraqlandıran bir haldır. Kişidə olan problemlərin bir qismi qadından da asılıdır. Qadının cinsi əlaqəyə necə yanaşması, qadınının passiv olması, bu hallarda azca problemi olan kişilərdə daha ağırlaşır.
Kişidə problem olduğu zaman nəyə ehtiyacı olur?
Kişidə erektil disfunksiya olduqda qadının 3 seçimi vardır, 1-ci qadın özünü heç bir problem yoxdur kimi aparmalı, kişi bunu desə belə, qadın deməlidir ki, sən deməyənə qədər heç hiss etməmişdim, ancaq mənim üçün önemli deyil, heç bir fərqi yoxdu. 2-ci hal-hazırdakı sərtləşmənin onun üçün kifayət etdiyini deməsi, problem kişini narahat etdiyi halda ona kömək edəcəyini deməlidir. 3-cü halda isə bu problemin onu çox narahat etdiyini deyir.
Müalicəsi:
Müalicə səbəbə uyğun aparılır, ilk öncə orqanik və ya psixoloji olması müəyyənləşdirilir. Bir neçə mərhələli müalicə üsulu vardır. Dərmanlarla müalicələr effekt verməzsə, o zaman iynələr və ən son mərhələ isə penis protezi ("xoşbəxtlik çubuğu”) əməliyatıdır. Mütəmadi olaraq dərmanlar, iynələr, vakuum cihazı və penis protezi əməliyatı ilə müalicə edilir.
Apteklərdə bir çox çeşid dərmanlar vardır ki,bunları çox diqqətli şəkildə istifadə etmək lazımdır. Ən düzgünü həkimin təyin etdiyi dərmanları qəbul etməkdir, bilməyərək qəbul olunmuş bu dərmanlar bir çox xəstəliklər zamanı əks göstəriş olduğu üçün hətta öldücü təsir göstərə bilir, missal üçün bəzi ürək xəstəlikləri zamanı istifadəsi qadağandır.
Vakum cihazı :
Boru formada bir cihazdır, sönmüş halda olan penisin üzərinə keçirilir. Mənfi təzyiq nəticəsində penisə ( kişi cinsiyyət orqanı) gələn qanın miqdarını artıraraq penisin şişməsinə və bərkiməsinə səbəb olur.
Penis protezləri
Penis protezləri son amma dəqiq çarədir. Ömürlük bir müalicə üsuludur. Penis protezlərinin 2 növü vardır. Biri əyilib-bükülə bilən və davamlı olaraq azca sərt qalan şişirilə bilməyən protezdir.
2-ci tip isə şişiriləbilən protezlərdir. 
 
Olmuş bir hadisə :
 
Bir polis məmuru evləndiyi gecənin sabahı intihar edir. Cütlüklər toydan sonra evlərinə gediblər, səhər 05:00 -da polis öz tapançası ilə özünə intihar edir. 16.05.2006 Sabah Qəzeti (Tükriyə). Araşdırma başlandıqda məlum olub ki, polis evləndiyi gecə hədsiz həyəcanlı olub və bu səbəbdən cinsi əlaqəyə girə bilmədiyi üçün özünə intihar edib. NTV kanalı MSNBC 24.05.2006 .
 

OXUCU.AZ