AMERiKA iRANI NECÄ iTiRDi » Ən maraqlı oxucu portalı
Rss
Ana səhifə

Sorğu

Yeni saytımızı bəyəndiniz?
ƏLA! love
Super! lol
Orta belay
Normal
Belədə crying
Pis recourse

Online
Indi saytda olanlar:
Istifadeciler: 0
Yoxdur

Axtaris robotlari: 0
Yoxdur

Qonaqlar: 93
Indi saytda: 93

Saytda sonuncu olanlar:
Son 20 Istifadeci:
BwqsxWqh creilsnn50
ecjxsnem23 ekuqrlee89
fqaxekhl89 HeartabeJary
hycebljt26 iafgrnkx97
idfnnxvnpj jywqxnod75
liovwova72 lltqrpfp79
MathewSr pletcheruum
qkxdqulc18 tjustlyp71
tpwkgrwh79 uarviqsn61
ukxqmvbm55 Wallaceskig

Reklam


Təqvim
«    Sentyabr 2014    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
Ən yaxşı şərhçilər
acrooobat
       134526441
Şərhlər: 178
 
anazagarre
       Yoxdur
Şərhlər: 35
 
michael kors outlet
       Yoxdur
Şərhlər: 9
 
mnorezita
       Yoxdur
Şərhlər: 6
 
Herbillit
       235776182
Şərhlər: 4
 
tiffanysalesaa
       Yoxdur
Şərhlər: 4
 
RobertSt
       132882683
Şərhlər: 3
 
LutherNous
       Yoxdur
Şərhlər: 3
 
WalterJam
       Yoxdur
Şərhlər: 3
 
LeonardMet
       254574785
Şərhlər: 3
 

  • Müəllif: admin
  • |
  • Şərh sayı: 0
  • |
  • Baxış sayı: 946

 

"Ayaks” emeliyyati ve yaxud Amerika irani nece itirdi

 

 

 
Layihe: Keshfiyyat tarixinden              

 

 

 

 

 

Amerika Merkezi Keshfiyyat idaresinin agenti Donald Uilberin "iranin bash naziri Moseddeqin devrilmesi” adli meruzesi çox semimi girishle bashlayirdi: "1952-ci ilin axirlarinda belli oldu ki, iranda Moseddeq hokumeti neft meselesinde maraqli teref olan Qerb dovletleriyle anlashmaya gele bilmir, iqtisadiyyatin maliyyeleshmesini tehlukeli defisit heddine çatdirir, bash nazir postunda qalmasini suni shekilde uzatmaqla iran konstitusiyasini pozur, shexsi hakimiyyetini mohkemletmek yolunda populist addimlar atir, emosiyalara esaslanan mesuliyyetsiz siyaset yurudur, shahin hakimiyyetini sarsidir, iran ordusundaki gerginliyi tehlukeli hedde çatdirir ve kommunist partiyasi olan Hezbe-Tude ile six elaqeler saxlayir. Sadalananlar iranin "Demir perde”nin o uzune keçmeye hazirlashdishina real isharedir. Eger bu bash verse, Sovetler Birliyi soyuq muharibede novbeti qelebesini bayram edecek, Qerb ise Yaxin Serqde ciddi meshlubiyyete ushrayacaq. Veziyyeti duzeltmek uçun yegane imkan bu senedde sherh edilen mexfi emeliyyatin heyata keçirilmesi idi”.

Bu meruze 1954-cu ilin mart ayinda hazirlanmishdi, amma genish ictimaiyyet ondan 1969-cu ilde xeber tutdu – Uilber parlaq diversantdan maraqli yaziçiya çevrilenden sonra.
Bes nece olmushdu ki, iranda demokratik yolla seçilmish hakimiyyetin devrilmesinde Birleshmish Statlarin rolunu fash eden bir senedin neshrine ve yayilmasina icaze verilmishdi?

Bunun sebebi çox sadedir. Qirx uç il qabaq insanlar hele yalniz oz heqiqetlerine inanir, dunyadaki hadiseleri oz deyerleri prizmasindan qiymetlendirirdiler...

Bu gun ise veziyyet bashqadir. Bu gun bizim uçun aydindir ki, Uilberin meruzesinde "emosiyalara esaslanan mesuliyyetsiz siyaset” adlandirilan shey eslinde sadelovh shahi 20-ci esrin evvellerinde borc ohdelikleri içinde boshmasha, onun yaxin esabelerini, memur etrafini rushvetle susdurmasha nail olan ingilis casuslarinin ve selemçilerinin zulmunden iran xalqinin bezmesi ve oz servetlerine ozunun sahib çixmasi kimi tebii istekden bashqa bir shey deyildi. Amma o vaxtlar Moseddeq hokumetinin olkenin yeralti servetlerini edaletle bolmek isteyi Donald Uilberin hemvetenlerinde ele bir qiciq oyatmishdi ki, onlar daim ellerinde bayraq etdikleri "Demokratik dunya” ideyalarini unudub iranda demokratik yolla hakimiyyete gelen vetenperver quvveleri devirmeye qerar vermishdiler...

Donald Uilberin meruzesi ozunun detektiv sujetinden çox Amerika ve ingilterenin bashçiliq etdiyi Qerbin davranishinda teze dest-xettin tezahuru kimi maraqlidir. Sonraki 50 ilde dunyadaki butun dovlet çevrilishlerinde mehz bu dest-xett aydin sezilecek. ABS ve Boyuk Britaniya keshfiyyatlari irandaki ushurlarindan o qeder vecde gelmishdiler ki, cemi bir-neçe ay sonra eyni plani Qvatemalada heyata keçirmish ve "Ayaks” emeliyyatini butun gelecek çevrilishler uçun nezeri baza kimi qebul etmishdiler.

Moseddeq kim idi?

Mohemmed Moseddeq 1882-ci ilde Tehranda, Qacar neslinden olan shahzade ile iranin maliyye nazirinin ailesinde dunyaya goz açmishdi. Siyasete 24 yashinda olarken gelmish, iranda Meshrute herekatinin ishtirakçisi olmushdu. 1919-cu ilde isveçrede universitet tehsili almishdi. Ele hemin il Boyuk Britaniyaya neft konsessiyalari verilmesi eleyhine çixishlara bashlamishdi. Sonralar maliyye naziri olmush, iran Meclisinin deputati seçilmishdi.

1949-cu ilde Moseddeq Milli Cebhe partiyasini yaradir. 1951-ci ilin 15 martinda iranda butun neft medenlerinin millileshdirilmesi haqda qanunun qebul edilmesi onun aktivliyi sayesinde mumkun olur. Hemin il aprelin 28-de ise Meclisde ses çoxlushuyla olkenin bash naziri seçilir. 1953-cu il avqust ayinin 19-da, texminen iki illik dramatik mubarizeden sonra hakimiyyetden gedir...

"Ayaks” emeliyyati erefesinde bash verenler  

AMERiKA iRANI NECÄ iTiRDi

 



Birleshmish Statlarin sabiq prezidenti Riçard Nikson ozunun "Heqiqi muharibe” kitabinda bele yazir: "ikinci Dunya muharibesinin bitmeyine az qalmish, Stalin Fars korfezine iddialarini ortaya qoyan ilk addimini atdi. Muharibe illerinde Simali iran torpaqlarini zebt etmish Sovetler Birliyi muharibeden sonra qoshunlarini çixarmaq fikrinde deyildi, orada oz nezaretinde olan iki teze dovlet yaratmishdi - "Azerbaycan Muxtar Respublikasi” ve "Kurdustan Xalq Respublikasi”. Bundan bashqa Sovet ittifaqi Simali iranin neft yataqlarinin birge istismari barede razilisha gelmishdiler ve yaradilacaq birge shirketin 51 faizi ruslara mexsus olacaqdi”.

iran erazisinde bu iki milli dovlet heqiqeten 1945-ci ilde yaradilmishdi. Onlari hetta Tehran hokumeti de tanimishdi – 1946-ci ilin 13 iyununda.

Amma ingilterenin bash naziri Çorçillin meshhur "Fulton çixishi”yla eyni zamanda, yeni 1946-ci il aprelin 4-de iranin bash naziri Qevvam-us-Seltene olkenin shimalindaki neft yataqlarinin SSRi ile birge menimsenilmesi barede muqavileye Moskvada imza atmishdi.
Maraqli veziyyet yaranmishdi. Eger Tehran hokumeti hem teze dovletlerin yaranmasini, hem de neft yataqlarinda birge ishi qebul edirdise, onda niye SSRi-nin iranla yaxinlashmaq cehdi bash tutmadi? Buna mane olan hansi quvveler idi? Sovetler Birliyi kiminle kelle-kelleye gelmishdi?

Cavab bellidir: 1954-cu ilden dunyaya "British Petroleum” adi altinda taninan "ingilis-iran neft shirketi” ile...

Sonraki hadiseler ildirim suretiyle cereyan etdi. 1946-ci ilin payizinda iranin Britaniya nezaretinde olan cenubunda teze yaranmish respublikalarla Tehran hokumetinin bashladishi muqavilenin leshvini teleb eden, esas etibariyle lur ve ereblerden ibaret koçeri tayfalar usyan etdi ve neticede "zehmetkesh koçeri tayfalarinin telebiyle” Mehemmed Rza Pehlevi dekabr ayinda her iki qurumun erazisine qoshun yeritdi. Tebii ki, bu yalniz Sovet qoshunlarinin nuve silahiyla shantaj edilerek olkeden çixmasindan sonra mumkun oldu.
Bundan az sonra, yeni 1947-ci ilin 6 oktyabrinda iran Birleshmish Statlarla ordu quruculushunda gostereceyi komek barede muqavile imzaladi. Ele hemin ay iran parlamenti Qevvam-us-Seltenenin SSRi ile olkenin neft sektorunda ingilis monopoliyasina mane olan muqavilesini tesdiq etmedi.

Moseddeqin hakimiyyete gelmesi

1948-ci ilde olkede ingilis-iran neft shirketine qarshi aktiv herekat bashladi. Bu shirket hele 1933-cu ilde iranin neft servetleri uzerinde nezaretini daha 60 il uzatmasha muveffeq olan qanun qebul etdirmishdi.

1949-cu ilin 4 fevralinda iran shahina ushursuz sui-qesd cehdi oldu. Mehz bundan sonra Amerika herbi meslehetçilerinin tehrikiyle olkede irtica dalshasi bash qaldirdi, kutlevi hebsler oldu, mutereqqi qezetler yasaqlandi.

Lakin sonraki iki il erzinde veziyyet bir az da gerginleshdi, olkeni mitinq, numayish dalshasi burudu. Çixishlarin esas shuari ingilislerle 1933-cu il muqavilesinin leshvi, ingilis-iran neft shirketine mexsus butun muessiselerin millileshdirilmesi, demokratik teshkilatlarin ve metbuatin fealiyyetine sherait yaradilmasi idi. Neft senayesinin millileshdirilmesi ushrunda herekata 68 yashli siyasetçi Mehemmed Moseddeq rehberlik edirdi.

Onun yaratdishi Mili Cebhe esasen olkenin milli burjuaziyasinin menafeyini mudafie edirdi, amma bu teshkilatin siralarinda hem de sashlam xarici siyaset yurudulmesini arzulayan demokratik quvveler birleshirdi.

Moseddeq herekatin ilk gununden elan etdi ki, sonuncu parlament seçkilerinde onun terefdarlari qanunsuzlusha meruz qaliblar. Mehz bu beyanat onu bir ezabkesh kimi xalqa sevdirdi ve Moseddeqin siyasete tekrar donushu bir hadiseye çevrildi.

Mubarize getdikce qizishirdi. Axirda iranin Milli Meclisi neft senayesinin millileshdirilmesi haqda qanun qebul etdi. Onun dalinca da Moseddeqin bashçilishi altinda hokumet formalashdirildi. Teze nazirlerden ibaret kabinetin birinci vezifesi Meclisin çixardishi qanunun icrasi oldu.

Moseddeq ingilislerin movqeyini sarsitmaq uçun xarici siyaset sahesinde amerikalilarla elaqe yaratdi. Okeanin o tayinda bu meylleri evvelce alqishladilar, amma sonra, herekatin ashkar antiimperialist xarakterinden qorxuya dusherek Boyuk Britaniya ile danishiqlara gederek iranin neftin millileshdirilmesi istiqametinde atdishi addimlara mane olmasha bashladilar.

Buna baxmayaraq, Moseddeq oz xettini davam etdirerek butun meden ve zavodlardaki ingilisleri olkeden çixardi. Buna cavab olaraq, ingiltere irana iqtisadi boykot elan etdi. Bash nazir de bu boykotun muqabilinde SSRi, Macaristan ve Polsha ile ticaret muqavilesi bashlamasha mecbur oldu.

1952-ci ilde Qerb dovletlerinin Moseddeq hokumetine etdiyi tezyiqler onun oz postundan bir ayliq kenarlashdirilmasina getirib çixardi. Lakin xalq kutlelerinin kuçelere çixmasi neticesinde 1952-ci ilin 22 oktyabrinda iran Boyuk Britaniya ile butun elaqelerini kesib yadellileri olkeden çixardi.

"Ayaks” emeliyyati

Emeliyyatin ilkin konturlari 1953-cu ilin aprelinde, butun detallar ise iyun ayinda belli oldu. Hemin plan cemi bir-neçe gun erzinde ABS ve ingiltere parlamentinde tesdiq olundu ve onun heyata keçirilmesi uçun tedbirlere start verildi.

Emeliyyata bashçiliq keçmish Amerika prezidenti Teodor Ruzveltin nevesi, Merkezi Keshfiyyat idaresinin zabiti "Kim” leqebli Kermit Ruzvelte tapshirildi. Onun ilk addimi irana Ceyms Lokric adi altinda gelerek Britaniyanin orda olan agenturasiyla tanishliq oldu. Bunun dalinca ise muxtelif siyasetçilerin, qezet nashirlerinin, dini xadimlerin ele alinmasi prosesi bashlandi. Qeyd etmek lazimdir ki, "Ayaks” emeliyyatinin gedishinde korrupsiyaya boyuk onem verilirdi. Bu meqsedle Kime bir milyon dollar vesait ayrilmishdi.
Hokumetin yuksek daireleriyle elaqe yaratmasina mehz Tehrandaki Turkiye sefirliyi yardim gosterdi...

"Ayaks”a hazirliq uç merheleden ibaret idi: muttefiqlerin Moseddeqin yerine hazirladishi general Fezlollah Zahedinin instruktaji, çevrilishe Mehemmed Rza shah terefinden xeyir-dua verilmesi ve ictimai fikrin lazimi ahenge koklenmesi.

Ne qeder qeribe olsa da, birinci ve uçuncu meqamlarda heç bir problem yaranmadi, esas problemi Mehemmed Rza Pehlevi çixardi. Bele meqamda problem çixacashini "Ayaks”in teshkilatçilari guman etmezdiler, çunki shahdan teleb olunan tekce Moseddeqin istefaya gonderilerek yerine Zahedini getiren fermani imzalamaq idi. Eslinde konstitusiyaya esasen, iran shahinin bash nazir çixarib-qoymaq selahiyyeti yox idi – bunu parlament edirdi. Amma ishin bu yerinde kim idi bele xirda meselelere fikir veren?
Sahenshah ise ingiltere ve Amerika hokumetlerinden resmi qarantiya almayanadek fermani imzalamaqdan qeti boyun qaçirdi. Mehemmed Rza teminat isteyirdi ki, gelecek hadiselerde sherikleri onu xalq ve ordu ile bash-basha qoyub getmeyecekler.

Onu razilisha getirmek uçun amerikalilar shahin bacisi Eshref Pehleviden istifade etdiler. Qadin bele ishlere qarishmasha evvelce raziliq vermedi, amma uçuncu gorushden sonra onu fikrinden dondere bildiler. iyulun 25-de Eshref Tehrana geldi ve saraya gedib qardashini Moseddeqin dushmen, Zahedinin dost oldushuna inandirmasha çalishdi. Mehemmed Rza mohkem esebileshdi, bacisini qovdu, Eshref ise bu ideyanin ona deyil, Amerika ve ingiltere resmilerine mexsus oldushunu soyleyerek, ele hemin gun Parise qayitdi... Sah Eshrefden eshitdiklerine tam inanmasa da, içinde mueyyen umid yarandi.

ikinci defe onunla bu sohbeti iranda Amerika jandarm missiyasinin shefi general Norman Svarrtkopf (yaxin tariximizde iraqdaki emeliyyata rehberlik eden general Svartskopfun babasi) apardi. O, Pehleviye emeliyyatin teferruati haqda melumat verib, butun bunlar uçun gerekli fermanin imzalanmasinin zeruri oldushunu soyledi. General hem de teleb etdi ki, shah orduya muraciet etsin, silahli quvveleri seltenete sadiq qalmasha çashirsin. Mehemmed Rza Svartskopfa soz verdi ki, bu barede yalniz ABS ve ingiltere resmilerinden qarantiya alsa, dushunecek.

Birinci qarantiyani ona BBC radiostansiyasi verdi. Saha qabaqcadan elan etdikleri gun proqramda enenevi "Gece yarisidir” ifadesinin evezine, aparici "Artiq gece yarisidir” dedi.
ikinci qarantiya ise Amerika prezidenti Duayt Eyzenhauerden geldi. O, avqustun 4-de Sietlde qubernatorlarin konfransinda çixish ederken bele bir beyanat verdi: "Birleshmish Statlar iranin "Demir perdenin” o uzune yixilmasini sakitce mushahide ede bilmez!”

Bu teminatlari yeterli sayan iran shahi fermani imzalamasha hazir oldushunu bildirdi, amma qefleten Tehrani terk ederek Xezer sahilindeki Ramsar sarayina getdi. Çevrilishe ise artiq alti gun qalirdi. Amerika keshfiyyati ise shahla elaqesini tam itirmishdi. Bu veziyyetde helledici movqeye shahbanu Sureyya çixdi. "Ayaks”in teshkilatçilari Mehemmed Rza Pehlevinin xanimi olan Sureyyanin simasinda guclu terefdash tapdiqlarina shad idiler. Nehayet ki, avqustun 13-de iran shahinin shexsi muhafize shefi polkovnik Naseri general Zahediye çoxdan gozledikleri fermani teqdim etdi. Artiq çevrilish uçun heç bir manee qalmirdi.

Bosha çixan xulyalar

Çevrilish erefesindeki ayyarimliq muddetde Kermit Ruzvelt meclis uzvlerinin, qezet redaktorlarinin, ayri-ayri taninmish jurnalistlerin ele alinmasi uçun boyuk ishler gormushdu. Emeliyyatin esas yukunu oz çiyninde çeken Uilberin yazdishina gore, çevrilish erefesinde iran qezetlerinin 80 faizi Merkezi Keshfiyyat idaresine ishleyirdi! Moseddeqin apardishi siyasetden narazi olan meclis uzvlerinin tikanli musahibeleri manshetlerden dushmurdu. Arashdirmaçi-jurnalistler "korrupsiyaya ushramish bash nazirin ish uzunu açirdilar”.
Kuçelerden guya Tude partiyasindan olan, "Yashasin Moseddeq ve kommunizm!”, "Kommunizmin qelebesine doshru ireli!” çishiran desteler çekilmek bilmirdi. Mescidler partladilir, hadise yerinden bu emellerde Sovetlerin ishtirakina dair deliller tapilirdi. "Kommunistlerin allahsiz emellerinden” qezeblenmish din xadimleri fitvalarini dalbadal verirdiler.

London ve Nyu-Yorkun en serishteli saxta pul kesenleri iran esginaslarini tonlarla hazirlayaraq olkeye tokur, inflyasiyani gorunmemish hedde çatdirirdilar.

Butun tedbirler arasinda en tesirlisi ise Uilberin hazirladishi, Tehranin lap merkezindeki Lalezar xiyabanindaki qanli qarshidurma oldu. Hemin gun seher Kermitin puluna yishilmish bir deste xuliqan Lalezara çixdi, "Yashasin Moseddeq! Yashasin kommunizm!” çishira-çishira, yoldan otenleri doymeye, mashazalari dashitmasha, mescidlere gulle yashdirmasha bashladi. iki saat sonra ise ele hemin xiyabanin bu biri bashindan guya bayaqkilara muxalif olan bashqa bir banda herekete keçdi. Desteler sheherin duz ortasinda uz-uze gelerek qanli toqqushma yaratdilar ki, seher qezetleri Moseddeqin veziyyete nezaret etmediyini yazsinlar...

Bele sheraitde kimsenin ashlina gelmezdi ki, "Ayaks” emeliyyati ushursuz ola biler, amma oldu. Avqustun 16-na teyin olunmush dovlet çevrilishi bash tutmadi.

Kermit Ruzveltin dediyine gore, emeliyyatin ushursuzlushuna sebeb qiyamçilarin dushergesinden sizan informasiyadan çox, general Zahedinin etrafinda olan insanlarin qetiyyetsizliyi olmushdu. Moseddeq defterxanasinin reisi general Teqi Rehai 16-si gece yarisina planlashdirilmish çevrilishden artiq 15-i axsham saat 5-de xeberdar idi...

Ertesi gun Moseddeq hokumetinin beyanati seslenende, her shey aydin oldu: "1953-cu ilin 16 avqustunda gece saat 1 radelerinde bash nazirin evi qarshisina shah qvardiyasinin reisi polkovnik Nemiri bir zirehli mashin, iki cip ve içi esgerlerle dolu dord yuk mashini ile gelerek Mohemmed Moseddeq uçun mektub getirdiyini bildirib. Lakin polkovnik qvardiyanin butun shexsi heyetiyle birlikde hebs edilib...”

Eslinde Nemiri Moseddeqe vezifeden azad olunmasi barede shah fermanini getirirdi. Amma bir az telesmishdi. Çunki onlari mudafie edecek podpolkovnik Kerimiye-Zendinin bashçiliq etdiyi ordu birleshmesi hele emeliyyat yerine çatmamishdi. Bax, bele...

ikinci hisse

"Ayaks”in iflasi ilk baxishdan esl facie idi: shah Nemirinin hebsinden xeber tutan kimi Bashdada, oradan da Romaya qaçir ve jurnalistleri toplayib yaxin zamanlarda irana qayitmashin qeyri-mumkunluyu haqda beyanat verir! General Zahedi derin depressiyaya duçar olur, onun silahdashlari ise qaçib gizlenirler. Merkezi Keshfiyyat idaresi veziyyetin çixilmazlishini gorende "Ayaks” emeliyyatinin tecili dayandirilmasi haqda emr verir, aparici agentlerini irandan çixarir.

Bu emre birce Kermit Ruzvelt tabe olmur. O boyuk riske gederek "Ayaks”in davamina qerar verir. Artiq çoxdan hazir olan quvveler herekete keçir ve avqustun 16, 17 ve 18-de "Ayaks” emeliyyati sheksiz qelebeyle basha çatir: Moseddeq hakimiyyetden uzaqlashdirilir, Zahedi bash nazir olur ve shah tenteneyle vetenine donur!

ikinci hissede butun gucu "zehmetkeshlerin” kutlevi çixishlarina vermishdiler. Qabaqcadan pul almish insanlar Tehranin kuçelerine çixaraq Mehemmed Reza Pehlevinin olkeden zorla qovulmasina etiraza bashlayirlar. Desteleri idare eden insanlar kutleni Tehran radiosunun binasi qarshisina yoneldirler. Radio binasi qarshisindan ise hemin deqiqelerde tankin ustunde durmush general Zahedi millete muraciet edirdi...

ikinci deste Meclis binasi qarshisina toplashmishdi. Orada muzdlu deputatlar mikrofon qurub bash nazirin kommunistlerle ishbirliyi qurmasindan, veteni satmasindan dem vururdular...
uçuncu deste ise Moseddeqin evi qarshisinda idi...

Sehere her terefden general Zahediye sadiq herbi birleshmeler dolurdu...

Hemin deqiqelerde qabaqcadan telimatlandirilmish bir neçe provakator camaata atesh açdi, qan axdi...

Avqustun 19-u, axsham radelerinde Moseddeqin evi qarshisinda yuzden artiq meyit vardi, daha iki yuz nefer ise sheherin bashqa noqtelerinde helak olmushdu. Bash nazirin tanklarla muhasireye alinmish evi alovlar içindeydi...

Xalqin dunenki kumiri, iranin qanuni olaraq seçilmish bash naziri, çoxlarinin qehreman saydishi Mohemmed Moseddeq dushmenlerine teslim oldu...

Bu da son

Keçmish bash naziri vetene xeyanetde ittiham etdiler ve ona olum cezasi kesdiler. Amma hokmu icra etmeye kimse telesmedi.

Avqustun 22-de gozlenilmeden qazanilmish qelebeden hele de shokda olan Mehemmed Rza Pehlevi Romadan Tehrana dondu. ilk metbuat konfransinda jurnalistlere bele dedi: "Menim xalqim seltenete sadiqliyini bir daha numayish etdirdi. iki il yarimliq teblishat onu menden kusdure bilmedi. Menim olkem kommunistleri qebul etmek istemedi ve Pehleviler xanedanina xilaf çixmadi”.

Kermit Ruzveltle gorushunde ise elini minnetdarliqla sixaraq dedi: "oz taxt-tacima gore Allaha, orduma ve sene borcluyam!”

Yashi yetmishden otmush Moseddeqin de muqedderatini Mehemmed Rza ureyigenishlikle hell etdi. Sabiq bash nazir efv olundu ve ona cemi uç il hebs cezasi kesdiler. Cezasini çekenden omrunun sonuna, yeni 1967-ci ile kimi o, Ehmedabaddaki malikanesinde ev dustashi qaldi...

P.S.

Tezlikle iran Qerbin arzuladishi kimi oldu. Bednam ingilis-iran neft shirketinin adini "British Petroleum”, yeni "BP” qoydular. 25 illik konsessiya imzalandi ve adi teze, dadi kohne shirket oz qazancinin bir qismini evvelce amerikalilarla, sonra hollandlar ve fransizlarla boldu...

Xalq ise onun menafeyini her sheyden uca tutan Mohemmed Moseddeqi heç vaxt unutmadi ve eline furset dushen kimi, ozune bashqa havadar seçdi: Ayetollahul-ozma Ruhullah Xomeyni... Amma bu artiq tamam bashqa movzudur...

P.P.S.

2005-ci ilde Bill Klinton isveçrenin Davos sheherindeki iqtisadi forumda çix maraqli bir açiqlama verdi: "Biz, 1953-cu ilde Moseddeq kimi xalqin seçdiyi, demokratik, edaletli ve vetenperver bir insani devirerek iranda shahliq usul-idaresini berpa etdik. Sonra da ayetolla Xomeyni shahi devirerek bizi Seddam Huseynle yaxinlashmasha mecbur eledi. iraqin diktatura rejimi iranla muharibede bize arxayin idi, onlara desteyi Amerika verirdi. Seddamin 1980-ci ilde toretdiyi en dehshetli qirshinlar da bilavasite Amerika hokumetinin havadarlishi ve birbasha razilishiyla bash tutub. Daha sonra, iranda Xatemi prezident seçilende, men qarshiliqli munasibetlerin berpasi namine ondan Moseddeqi devirdiyimize gore uzr istedim, amma bu islamçi rejim tutdushu yoldan dashinmayacashini hamiya subut etdi...”

ilqar ELFiOÄžLU



Şərh yazmaq

Adınız:* E-Mail:*
Təhlükəsizlik şifrəsi: *